Yük maşınları toqquşdu, 3 nəfər yaralandı – CƏLİLABADDA

Cəlilabadda yük avtomobilləri toqquşub, 3 nəfər yaralanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Masallı rayon Gəyəçöl kənd sakini, 1994-cü il təvəllüdlü Müşviq Almaslının idarə etdiyi "Kamaz"la, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Əzimzadəyə məxsus "İsuzu" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü və sərnişinlərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. "İsuzu"nun sürücüsü Elvin Əzimzadənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv