Yük qatarı ilə mikroavtobus toqquşdu – ÖLƏN VAR

Sumqayıtda yük qatarı dəmir yolu xəttini keçmək istəyən sərnişin avtobusu ilə toqquşub.

 

APA TV-nin məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

 

Qəza yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

 

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub.

 

Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Abdullayev dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv