Yüksək cərəyan ev sahibini damdan atdı - QAZAXDA DƏHŞƏTLİ ÖLÜM
Elektrik cərəyanının vurduğu 57 yaşlı kişi ölüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, bədbəxt hadisə Qazaxda qeydə alınıb.
Xanlıqlar kənd sakini - 1962-ci il təvəllüdlü Şəadət Qədimov evinin çardağında qaynaq işi görərkən elektrik naqillərinə toxunub. Damdan yıxılan kişinin öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparıılır.