Yüksək sürət qəzaya səbəb oldu: 2 yaralı - GORANBOYDA

 

Goranboyda avtoqəza baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Dəliməmmədli-Qırıxlı yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Cümşüdov Cümşüd Siyavuş oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini - Əliyev Sərxan Elxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv