"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin sonuncu imtahanı ilə bağlı açıqlama

“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları üzrə imtahanı keçirilib.

 

APA TV-nin məlumatına görə, müsabiqə barədə açıqlama verən Gənclər və İdman Nazirliyinin müavini, "Yüksəliş" müsabiqəsi üzrə komitənin rəhbəri  Fərhad Hacıyev bildirib ki, imtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə dəstəyi ilə 8 regionda təşkil olunan 18 mərkəzdə aparılıb: "Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanıb".

 

Əyani mərhələnin birinci imtahanı olan “Qabiliyyət üzrə yoxlama imtahan”ı 12 sentyabr 2020-ci il tarixində keçirilib. Bu mərhələyə qatılan 940 nəfər iştirakçıdan 728-i “İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak etmək hüququ qazanıb. "Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı isə müsabiqənin növbəti mərhələsi olan yarımfinala qatılacaq.

 

Koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar  olaraq  imtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib. 

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə zamanı  11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər qəbul edilib.

 

İntellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla təsis olunub.

 

Nazir müavini onu da qeyd edib ki, müsabiqəyə salınan sualların dəqiqliyinə tam etibar etmək olar: “İmtahanlar keçirilməmiş bütün sual blokları yoxlanılıb. Xüsusilə idarəçiliklə bağlı sualların yoxlanılması da ölkəmiz üçün yenilikdir. Yaxın həftələr ərzində "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri də keçirilə bilər”.

 

O bildirib ki, bu tip imtahan ölkədə ilk dəfə keçirilir: “Ölkədə ilə dəfə olaraq bu imtahanda psixoloji testlər keçiriləcək. Psixoloji testlər nəticələrə təsir etməsə də, iştirakçıları yaxından tanımaqda yararlı olacaq".

 

Nazir müavini onu da qeyd edib ki, müsabiqəyə salınan sualların dəqiqliyinə tam etibar etmək olar: “İmtahanlar keçirilməmiş bütün sual blokları yoxlanılıb. Xüsusilə idarəçiliklə bağlı sualların yoxlanılması da ölkəmiz üçün yenilikdir". 

 

Fərhad Hacıyev qeyd edib ki, “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri komandalar şəkilində keçiriləcək. O bildirib ki, iştirakçılar müsabiqənin yarımfinalında 8, finalda  isə  6 nəfərlik komandalara bölünəcəklər. Bundan sonra hər komandaya müxtəlif məsələlərin həlli tapşırılacaq.

 

Müsabiqəyə işğaldan azad olunan ərazilərin inkişafı ilə bağlı məsələlər də salınacaq: “Hər hansı komanda qarşısında işğaldan azad olunmuş şəhərin və ya rayonun inkişafına dair məsələlər qoyulacaq. İştirakçılar həmin məsələlərin həlli ilə bağlı təkliflərini verəcəklər". 

 

Müəllif | Apa.Tv
Apa.tv