Yurddaş Partiyası YAP-a birləşir – QURULTAY QƏRAR QƏBUL ETDİ
Yurddaş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün müraciət edib.
Bu barədə APA TV-yə açıqlamasında Yurddaş Partiyasının sədri Gülay Quliyeva bildirib.
Onun sözlərinə görə, bu barədə qərar Yurddaş Partiyasının martın 1-də keçirilmiş qurultayında qəbul edilib.
Qeyd edək ki, daha bir neçə partiyanın YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.