YUXUDA Zelenskini görən şəxs MƏHKƏMƏLİK OLDU

Rusiyalı kişi ordunu nüfuzdan salmaq maddəsi ilə təqsirli bilinib.

 

Bu barədə Lent.az məlumat yayıb. Bildirilir ki, Çita Mərkəzi Dairə Məhkəməsində Ukrayna prezidenti Vladimir Zelenskini yuxuda görən şəxsin prosesi keçirilib.

 

Çita sakini İvan Losev rus ordusu haqqında saxtakarlığa görə 30 min rubl cərimə olunub.

 

Məlumata görə, o, yuxuda səfərbər olunduğunu, Ukrayna hərbçiləri və prezident Vladimir Zelenskinin səfərbər olanların təlim mərkəzinə basqın etdiklərini görüb. Bundan sonra Losev İnstaqramda hekayələr yerləşdirib və orada Ukrayna liderini xəyal etdiyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv