Yüz milyonlarla dollara raket və tank əleyhinə silahlar alan İrəvanın məqsədi nədir?

 

Hindistandan Ermənistana reaktiv yaylım atəşi sistemlərinin göndərilməsinə başlanılıb. Bu barədə Hindistan KİV-də məlumat paylaşılıb. Bildirilib ki, Hindistan hərbi şirkəti olan "Ordnance Factory Ambajhari” bununla bağlı X sosial şəbəkə hesablarında məlumat paylaşıb. Yerli media yazır ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlığa başlayıb və ötən ilin sentyabrında iki ölkə arasında imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistanı 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatla təmin edəcək. Vurğulanıb ki, “Pinaka” - 40 km mənzilə malik yaylım atəşli reaktiv sistemdir. Bir batareya dəstinin dəyəri təxminən 54 milyon ABŞ dollarıdır. Böyük ehtimalla Ermənistan bu sistemin 4 batareya dəstini əldə etməklə bir reaktiv artilleriya divizionu formalaşdırmaq niyyətindədir. Yerdə qalan 28 milyon dollara tank əleyhinə vasitələr və təlim trenajorları daxil ola bilər, deyə məlumatda qeyd olunub. “Indiandefensenews”-un məlumatına görə isə Ermənistan Kalyani Strategic Systems Limited şirkəti ilə artilleriya silahı sistemlərinin tədarükü üçün 155 milyon dollarlıq müqaviləyə də imza atıb.

Müəllif | Apa.Tv
Apa.tv