Zabitlərimizi əcələ aparan helikopterdə çəkilən SON FOTO

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olmuş Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son votsap statusu yayılıb.

APA TV xəbər verir ki, paylaşımı mərhumun dostu Elşad Qaraca şəxsi feysbuk hesabında paylaşıb.

Statusun yayılma saatına baxdıqda məlum olur ki, foto saat 10:27-də, yəni, qəzadan cəmi 13 dəqiqə əvvəl paylaşılıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində 14 zabitimiz həlak olub, 2 nəfər yaralanıb.

Mir Çingiz Ağazadə

APA TV

Müəllif | Apa.Tv
Apa.tv