Zaqatala dağlarında yanğın başladı
Zaqatalada yanğın baş verib.
Yanğın Zaqatala Aşağı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə qeydə alınıb.
Bu barədə APA-ya FHN-dən məlumat verilib. Xəbərə görə, FHN yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunub. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edir.
Yanğın bu gün günorta saatlarında meydana gəlib.