Zaqatala rayonunda insan əli ilə yaradılan möcüzə - APA TV
Sujetimizin qəhrəmanı Kifayət Məmmədovanı Zaqatalada hamı oymaçı qadın kimi tanıyır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Kifayət Məmmədovanın Ailəsi II Dünya Müharibəsində iştirak etdikdən sonra ailəsi ilə birlikdə Dağıstandan Qaxa köçüblər və həyatlarını burada davam etdiriblər. Kifayət Məmmədova 1955-ci ildə Qax rayonunun Qum kəndində anadan olub.
Onun istəyi bədən tərbiyəsi müəllimi olmaq imiş. Amma istədiyi ixtisasa qəbul ola bilməyən xanım oyma sənəti üzrə təhsil alır. Peşə məktəbini yüksək qiymətlərlə bitirdikdən sonra isə bir neçə il doğulduğu Qax rayonunda peşəsinə uyğun fəaliyyət göstərir. Ailə qurduqdan sonra isə 27 il oyma sənəti ilə məşğul ola bilmir.
Kifayət xanım deyir ki, oyma sənətinin çətin və az gəlirli olmasına baxmayaraq, peşəsinə olan sevgisi onun bu sahədən uzaqlaşmasına imkan verməyib.
Artıq uzun müddətdir ki, Kifayət Məmmədova oyma sənətini uşaqlara öyrədir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala