Zaqatala sakini görün daşlardan necə istifadə edir

Zaqatala sakini mişar və qaya daşlarına ikinci həyat verir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Yuxarı Tala kənd sakini Həbibullah Babayev daşlardan maraqlı fiqurlar düzəldir. Müsahibimiz deyir ki, hələ uşaq yaşlarından bu işə böyük maraq göstərib. Gənc sənətkar əl işlərini hazırlamağı müstəqil şəkildə, heç kəsdən kömək almadan öyrənib.

 

Əl işlərinin hazırlanması böyük səbir və diqqət tələb edir. Müsahibimizin sözlərinə görə, bir fiqur üzərində 3-5, bəzən isə 20-25 gün işləməli olur.  

 

31 yaşlı həmsöhbətimiz deyir ki, bu işi görərkən dəfələrlə əllərini yaralayıb.

 

Müsahibimiz deyir ki, gələcəkdə bu sənəti inkişaf etdirmək istəyir. Gördüyü işə gəlir mənbəyi kimi yox, hobbi kimi yanaşan gənc hazırladığı əşyaları öz həyətində sərgiləyir.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala

 

Müəllif | Apa.Tv
Apa.tv