Zaqatala sakini həmkəndlisini başından bıçaqladı - VƏZİYYƏTİ AĞIRDIR
Zaqatala sakini başından bıçaqlanıb.
APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Qandax kəndində baş verib.
Kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 1992-ci il təvəllüdlü Fərid Süleymanovu başından bıçaqlayıb.
Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.