Zaqatala sakini öz həyətində zəfəran yetişdirir

Zaqatala sakini öz həyətində zəfəran yetişdirir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, uzun illər Bakıda yaşayan Sabir Laqarov 12 il əvvəl yenidən Zaqatalanın Əliabad qəsəbəsinə qayıdıb. Sabir Laqarov qəsəbəyə qayıtdığı ilk ildən özü ilə gətirdiyi zəfəran soğanaqlarını yaşadığı evin həyətyanı sahəsində əkib çoxaltmağa başlayır. Həmsöhbətimiz deyir ki, hazırda həyətyanı sahəsində 13 sota yaxın ərazidə zəfəran əkib-becərir.

Müsahibimiz deyir ki, bir çox xəstəliklərin müalicəsində istifadə olunan qızıldan qiymətli bu bitkini daha böyük ərazidə becərmək niyyətindədir. Sabir kişinin sözlərinə görə, zəfəranın bir çox xəstəliklərə xeyri var.

Sabir Laqarovun həyat yoldaşı Rahilə Osmanova zəfəranın ləçəklərindən çox keyfiyyətli mürəbbə əldə olunduğunu bildirir.

Müsahibimizin bildirdiyinə görə, indiyə kimi həyətyanı sahəsindən xeyli hazır məhsul əldə edib.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu  APA TV, Zaqatala  

 

Müəllif | Apa.Tv
Apa.tv