Zaqatala sakini qonşusunun evindən qızıl-zinət əşyalarını oğurladı
Zaqatalada qonşusunun evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs tutulub.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, zərərçəkənin qonşusu Əli Rəsulov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, oğurladığı qızıl-zinət əşyalarını mağazalardan birinə satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.
Faktla bağlı araşdırma aparılır.