Zaqatala sakini quldurluq etdi

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin kənd sakinlərindən birinə yaxınlaşaraq soyuq silahı onun boğaz nahiyəsinə dayaması, eləcə də 100 manat pulunu və mobil telefonunu zorla alması, daha sonra isə zərərçəkmişi yerə yıxaraq hadisə yerindən yayınması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq əməlini törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb.

Dindirilmə zamanı Natiq Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində "Samsung" markalı mobil telefonunu ələ keçirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv