Zaqatala sakinindən odlu silah götürüldü

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan keçmiş məhkum tutularaq istintaqa təhvil verilib.

 

APA TV-nin məlumatına görə, əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Həmin

ünvandan isə 1 kiloqramdan artıq marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş

ov tüfəngi götürülüb.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-

əməliyyat tədbirləri davam etdirilir.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV, Zaqatala

Müəllif | Apa.Tv
Apa.tv