Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik aşkar edildi
Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik aşkar edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 39 yaşlı Vüqar Çobanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 7 qram çəkidə qurudulmuş marixuana aşkarlanıb.
Onun idarə etdiyi “VAZ-2109” markalı avtomobilə baxış zamanı isə nəqliyyat vasitəsindən 460 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.