Zaqatala və Qax rayonlarına giriş-çıxış bağlandı
Zaqatala və Qax rayonlarına giriş-çıxış bağlanıb.
APA TV-nin məlumatına görə, Nazirlər Kabinetinin "Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən müvafiq dəyişikliklərə əsasında oktyabrın 24-ü saat 00:00-dan başlayaraq hər iki rayonun giriş və çıxışlarında postlar qurulub.
Rayonlara daxil olan vətəndaşlar ciddi yoxlanılır. Burada qeydiyyatda olmayan şəxslərin rayonlara girişi qadağan edilib. Oktyabrın 24-dən başlayaraq noyabrın 2-nə kimi həftə sonları şənbə və bazar günləri rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Rayon mərkəzlərində və ictimai obyektlərdə aparılan reyd zamanı əhali ilə maarifləndirici söhbətlər aparılıb, qoruyucu maskadan mütəmadi istifadə etmək tövsiyə edilib.