Zaqatalada 17 yaşlı gənc kirayə yaşadığı evdə öldü

Zaqatalada 17 yaşlı gənc qəfildən dünyasını dəyişib.

 

Hadisə bu gün günorta saatlarında şəhərin Gülbənövşə Kərimova küçəsində baş verib.

Həmin ünvanda kirayə yaşayan rayon sakini, 2006-cı il təvəllüdlü Turan Namiq oğlu Qurbanov hamamda yuyunmaq istəyərkən qəflətən halı pisləşib və dünyasını dəyişib.

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 17 yaşlı Turan Qurbanovun dəm qazından zəhərləndiyi ehtimal edilir.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv