Zaqatalada 17 yaşlı yeniyetməyə çaqqal hücum edib

Zaqatalada 17 yaşlı yeniyetməyə çaqqal hücum edib.

Hadisə  rayonun Bəhmətli kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü Əkrəm Mahir oğlu Qasımov kənd ərazisində ailəsinə məxsus qoyunları otaran zaman çaqqal hücumuna məruz qalıb.  Çaqqal onun sol ayağının baldır nahiyəsinə xəsarət yetirib.

Əkrəm Qasımov çaqqalla mübarizə aparıb. O çaqqalı əlindəki ağacla öldürüb.

Qeyd edək ki, Əkrəm Qasımov 11-ci sinif şagirdidir.

Müəllif | Apa.Tv
Apa.tv