Zaqatalada 40 yaşlı kişi bıçaqlandı

 

Zaqatalada 40 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

APA TV-nin məlumatına görə, rayonun Qımır kənd sakini, 1980-ci il təvəllüdlü Cahangir Məmməd oğlu Məmmədov qarının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Cahangir Məmmədova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Araşdırma zamanı Cahangir Məmmədovun şəxsi münasibətlər zəminində həmkəndlisi Orxan Gözəlov tərəfindən bıçaqlandığı məlum olub. Hədisə törətməkdə şübhəli bilinən Orxan Gözəlov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv