Zaqatalada 44 yaşlı kişini avtomobil vuraraq öldürüb

Zaqatalada piyada ölümü ilə nəticələnən avtoqəza baş verib.

APA TV-nin məlumatına görə, hadisə iyulun 18-i axşam saat 21:40 radələrində Zaqatala-Qax avtomobil yolunun rayonun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. 

Sözügedən Çobankol kənd sakini,  44 yaşlı Şaban Murtuzəli oğlu Atayev  yolu keçmək istəyən zaman   Səhrab Sarı oğlu Hümbətovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili tərəfindən vurulub. 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Şaban Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səyinə baxmayaraq, piyada aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv