Zaqatalada 46 yaşlı çobanı ilan sancdı
Zaqatalada 46 yaşlı çobanı ilan sancıb.
APA TV-nin məlumatına görə, rayonun Suvagil kənd sakini, 1974-cü il təvəllüdlü Nəcəf Sahid oğlu Balayev kəndin inzibati ərazisində çöllük sahədə mal-qara otaran zaman ilan sancıb.
Hadisə Nəcəf Balayev əyninə gödəkçə geymək istəyərkən baş verib. Gödəkçənin qolunda gizlənən gürzə ilanı onu sol əlindən sancıb. Zərərçəkən yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilən Nəcəf Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.