Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi
Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib.
Kənd sakini 1966-cı il təvəllüdlü Natiq Babayev yaşadığı ünvanda nərdivana çıxıb yüksəklikdə iş görən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması alan Natiq Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq Natiq Babayev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.