Zaqatalada avtomobil yanıb

Zaqatalada minik avtomobili yanıb.

Ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində kənd sakini 1982-ci il təvəllüdlü İsmayılova Kişvər Fərhad qızına məxsus "Toyota Passo" markalı minik avtomobilində elektrik qısaqapanması nəticəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobil tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv