Zaqatalada bədbəxt hadisə - BİR NƏFƏR YARALANDI
Zaqatalada zavodda bədbəxt hadisə nəticəsində bir nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən asfalt zavodunda baş verib.
Zavodda fəhlə işləyən, Balakən rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Dərvişzadə ehtiyatsızlıqdan sağ qolundan ağır xəsarət alıb. O, iş yoldaşlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Eldar Dərvişzadə dərhal əməliyyat olunub, sağ qolu bazu hissədən amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.