Zaqatalada beşmərtəbəli yaşayış binasında yanğın olub

Zaqatalada çoxmənzilli yaşayış binasında yanğın olub.

Noyabrın 23-ü  axşam saat 19 radələrində Zaqatala şəhəri, Sülh küçəsində beşmərtəbəli çoxmənzilli yaşayış binasının üçüncü mərtəbəsində Firuz  Aslanova məxsus üçotaqlı mənzildə yanğın baş verib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə,Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası  və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək digər mənzillərə keçməsinin  qarşısı dərhal alınıb. Yanğın nəticəsində mənzilin 9 kv/m-lik mətbəxinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv