Zaqatalada çağrışa gedən təcili yardım maşını qəzaya düşdü - YARALILAR VAR
Zaqatalada çağırışa gedən təcili tibbi yardım maşını yol qəzasına düşüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax-Yuxarı Çardaxlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Muxax kənd sakini, Qurban Mahmudovun idarə etdiyi “VAZ 21064” markalı minik avtomobili ilə çağırışa gedən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin “UAZ” markalı avtomobili toqquşub.
Qəza zamanı xəsarət alan VAZ 21064 markalı avtomobilin sürücüsü Qurban Mahmudov və təcili tibbi yardım avtomobilində olan tibb bacısı Şəlalə Məmmədova Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tibb müəssisəsindən yaralıların vəziyyətlərinin orta-stabil olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.