Zaqatalada dağlıq ərazidə yanğın baş verib

Zaqatalada dağlıq ərazidə yanğın baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın hadisəsi səhər saatlarından etibarən rayonun ucqar dağlıq ərazisi olan Əzgilli və Qarqay kəndlərinin inzibati ərazilərində qeydə alınıb.

Alovun söndürülməsi üçün Zaqatala Rayon Dövlət Yanğından Mühafizə hissəsinin  texnikaları və şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yaxın yaşayış massivinin sakinləri, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri əraziyə cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 5 hektar sahədə quru ot, kol-kos, qurumuş ağac budaqları yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv