Zaqatalada daş istehsalı sexində yanğın baş verdi

Zaqatalada daş istehsalı sexində yanğın olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Tala kəndində Sərxan Orucovun icarəyə götürdüyü  daş istehsal edən sexdə baş verib.

Yağın nəticəsində sexin çardaq hissəsinin 50 kvadrat metr hissəsinin yanar konstruksiyaları yarasız hala düşüb.

Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın zamanı sexdə işləyən fəhlələrdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv