Zaqatalada ev yandı

Zaqatalada dördotaqlı evdə yanğın olub.

APA TV-nin məlumatına görə, gecə saat 01:30 radələrində rayonun Göyəm kəndində kənd sakini, Solmaz Bəşirovaya məxsus, ümumi sahəsi 80 kvadratmetr olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv