Zaqatalada ev yanıb
Zaqatala rayonunda fərdi yaşayış evi yanıb.
APA TV-nin məlumatına görə, gecə saat 03:20 radələrində rayonun Çobankol kəndində kənd sakini Fatimə Nurullayevaya məxsus, ümumi sahəsi 156 kv. m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyaları ilə birlikdə yanıb.
Qeyd edək ki, ev sahibi uzun müddətdir ailəsi ilə birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Hazırda evdə yaşayış yoxdur.
Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.