Zaqatalada evdən 5 min manatlıq qızıl oğurlayan şəxs yaxalandı
Zaqatalada evdən 5 min manatlıq qızıl oğurlayan şəxs tutulub.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinə mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Daxil olmuş müraciətlə əlaqədar hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 5 min manat dəyərində qızılların oğurlandığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi, 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.