Zaqatalada evdən nəhəng ilan TAPILDI
Zaqatalada yaşayış evlərindən birində ilan tapılıb.
Yerli sakinlərin Lent.az-a verdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Tala kəndində qeydə alınıb.
Kənd sakinlərindən birinin evinin həyətində 1.5 metr uzunluğundan gürzə ilanı aşkar edilib.
Xoşbəxtlikdən zəhərli ilan kiməsə zərər yetirməmiş öldürülüb.