APA Tv-nin məlumatına görə, fevralın 2-i günorta saatlarında rayonun Yuxarı Tala kəndində, kənd sakini Nəcməddin Ağayevə məxsus ümumi sahəsi 144 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.