Zaqatalada gənc qızı piyada keçidinin yaxınlığında maşın vurub

Zaqatalada gənc qızı piyada keçidinin yaxınlığında maşın vurub.

APA TV-nin məlumatına görə, hadisə iyulun 10-u axşam saat 22 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri "Bayraq Meydanı" adlanan ərazisindən keçən hissəsində baş verib.

Rayonun Göyəm kənd sakini, 2002-ci il təvəllüdlü Aysun Firuddin qızı Kudakova piyada keçidi yaxınlığında yolu keçmək istəyən zaman  hərəkətdə olan "Toyota" markalı 99 LZ 397 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub.  Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Aysun  Kudakova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv