Zaqatalada gimnaziyanın anbarında yanğın olub

Zaqatalada yanğın baş verib.

APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala şəhəri,  Saleh Qocayev 1A ünvanın yerləşən Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyanın həyətində, gimnaziyaya məxsus ümumi sahəsi 400 kv. m olan və anbar kimi istifadə edilən köhnə tikilidə baş verib. 

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində binanın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv