Zaqatalada həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə nəticələndi
Zaqatalada 25 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonunun Yolayrıc kəndində baş verib.
Kənd sakinləri, 1983-cü il təvəllüdlü Ramazan Quziyev ilə 1995-ci il təvəllüdlü Səfər Əhmədov arasında baş verən mübahisə zamanı Ramazan Quziyev üzərində olan bıçaqla Səfər Əhmədovu bıçaqlayıb.
Kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası alan Səfər Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.