Zaqatalada “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfrans keçirilib

Zaqatalada “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.

 

Tədbir iştirakçıları öncə Zaqatala Prokurorluğunun inzibati binası ilə tanış olublar.

 

Daha sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev mərkəzində davam etdirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi olduğunu qeyd edib.

 

Dahi lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar barədə danışan Erkin Əlixanov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib, prokurorluq orqanlarına göstərilən diqqət və qayğıdan bəhs edib.

Tədbir iştirakçıları “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filminə baxıb.

 

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv