Zaqatalada it sahibinin əlini gəmirib

 

Zaqatalada it sahibinə ağır xəsarət yetirib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Höytala kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Gülnarə Abdulhəmid qızı Əhmədova həyətdə saxladıqları itə yemək verən zaman heyvan qəfildən onun sol əlini gəmirib. Ağır xəsarət alan G. Əhmədova dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb: “G. Əhmədovaya sol əlin cırılmış-deşilmiş, didilmiş və vətərlərin zədələnməsi diaqnozu qoyulub. G. Əhmədovanın əlində cərrahiyyə əməliyyatı aparılıb, quduzluq əleyhinə qarşı peyvənd vurulub”.

Xəsarət alan qadının müalicəsi davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv