Zaqatalada karantin rejimini pozan şəxslər cərimələndi

Zaqatalada karantin rejimini  pozan 5 nəfər cərimələnib.

 

APA TV-nin məlumatına görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

 

Belə ki, polis əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilən icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla SMS göndərən, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq küçədə hərəkətinə davam edən Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov saxlanılıb.

 

Onlar barəsində protokol tərtib olunaraq cərimə ediliblər.

 

Müəllif | Apa.Tv
Apa.tv