Zaqatalada karantini pozan çayxana sahibi və müştəriləri cərimələndi
Zaqatalada karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkar olunub.
APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Nizami küçəsində yerləşən və Rəşid Ələkbərova məxsus çayxananın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan kafenin sahibi Rəşid Ələkbərov və 6 nəfər müştərisi saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Həmin şəxslər barəsində protokol tərtib edilərək cərimə olunublar.