Zaqatalada karantini pozan şəxsdən narkotik tapıldı

Zaqatalada karantin rejimini pozan şəxsdən narkotik vasitə tapılıb.

APA TV-nin məlumatına görə, tətbiq edilən xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən Emil Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı Emil Cavadzadədən ümumi çəkisi 350 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv