Zaqatalada keçmiş məhkumdan silah və narkotik götürüldü

Zaqatalada keçmiş məhkumdan tapança və heroin götürülüb.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Zaur Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən və avtomobilindən “Makarov” markalı tapança və 3 ədəd patron, həmçinin heroin, eləcə də metamfetamin aşkar edilərək götürülüb. Zaur Səlimov şübhəli şəxs qismində tutulub. 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv