Zaqatalada külək irigövdəli ağacı yola aşırdı

Dekabrın 28-i səhər saatlarından başlayaraq rayon ərazisində küləkli hava şəraiti hökm sürür. Güclü külək Zaqatala şəhəri, Heydər Əliyev prospektində iri gövdəli şam ağacını kökündən çıxararaq aşırıb. Ağac aşan zaman yolla piyada hərəkət edən və Zaqatalaya işləməyə gələn Bakı şəhər, Məştağa qəsəbə sakini 30 yaşlı Abbas Neftullayev xəsarət alıb. Abbas Neftullayevə hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım həkim briqadasının əməkdaşları tibbi yardım göstərib. Güclü külək səbəbindən yıxılan ağac yaxınlıqdakı yaşayış evinə qismən ziyan verib. Zaqatala şəhəri digər istiqamətində maşınların hərəkəti müvəqqəti dayanıb. Müvafiq qurumlar yolu təmizlədikdən sonra avtomobillərin hərəkəti yenidən bərpa edilib. Qeyd edək ki, bu gün səhər saatlarından ölkənin şimal-qərb bölgəsində küləkli hava şəraiti hökm sürür.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv