19:29 24 yanvar 2023 341
Ana səhifə Xəbərlər

Zaqatalada maşınla motosiklet toqquşdu

Zaqatalada minik avtomobili ilə motosiklet toqquşub.  

Hadisə günorta saatlarında Zaqatala şəhəri Nizami küçəsində baş verib. Hərəkətdə olan “VAZ 21074” markalı minik avtomobili ilə Kənan Ərtilovun idarə etdiyi motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü Kənan Ərtilovun xəsarət alıb. Yaralı Zaqatala Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın