Zaqatalada məktəbli tələbəni bıçaqlayıb öldürdü

Zaqatalada 11-ci sinif  şagirdi 1-ci kurs tələbəsini bıçaqlayaraq qətlə yetirib.

APA TV-nin məlumatına görə, hadisə mayın 14-də axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib.

Mosul kənd sakinləri olan 17 yaşlı Əliməmməd Arzuman oğlu Əliməmmədovla 18 yaşlı İlyas Teymur oğlu İlyasov arasında şəxsi münasibətlər zəminində dava düşüb. Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas İlyasov hadisə yerində ölüb.

Meyit müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Qətli törətməkdə şübhəli sayılan Əliməmməd Əliməmmədov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Əliməmməd Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İlyas İlyasov isə Gürcüstandakı ali məktəblərdən birinin birinci kurs tələbəsidir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv