Zaqatalada mikroavtobus piyadanı vuraraq öldürdü

Zaqatalada mikroavtobus piyadanı vuraraq öldürüb.

APA TV-nin məlumatına görə, hadisə noyabrın 19-u axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, Tahir Məhəmməd oğlu Qurbanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla 1981-ci il təvəllüdlü piyada Zaur Əziz oğlu Kostiyevi vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Zaur Kostiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Zaur Kostiyev noyabrın 19-dan 20-nə keçən gecə saat xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv