Zaqatalada minik maşını aşdı – SÜRÜCÜ ÖLDÜ, SƏRNİŞİNLƏR YARALANDI

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yeni Suvagil kənd yolunda baş verib.

1985-ci il təvəllüdlü Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı xəsarət alan sürücü və avtomobildə sərnişin qismində olan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Samir Turacovun xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv